AZ

Rusiyada DƏHŞƏTLİ YANĞIN: 5 UŞAQ ÖLDÜ

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Onun sözlərini RİA Novosti yayıb. Qeyd olunur ki, faciə Orexovo-Zuevski şəhər dairəsində yerləşən Kurovskoye kəndində baş verib. Orada fərdi yaşayış evində yanğın baş verib. Yanğının ümumi sahəsi 72 kvadratmetr olub. "Xilasedicilər gələnə kimi bir qadın xəstəxanaya yerləşdirilib. Təəssüf ki, yanğının söndürülməsi zamanı beş uşağın cəsədi aşkar edilib: bir aylıq, bir yaşlı, 9, 11 və 17 yaşlı uşaq", - məlumatda deyilir. Evdə yanğın siqnalının olmadığı vurğulanır. Lakin digər təfərrüatlar hələ də məlum deyil.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
6
Ajans.az

1Mənbələr