AZ

"Qarabağ"dan müjdə - Gedənlərin yerinə daha yaxşıları gətiriləcək

BAKI. 13 iyun. TELEQRAF

"Qarabağ" rəhbərliyi komandadan ayrılan futbolçuların əvəzinə daha yaxşılarını transfer etməyə çalışır.

Bu barədə Teleqraf-a klubun direktoru Emrah Çelikel məlumat verib.

Onun sözlərinə görə, komandadan gedənlər yenə ola bilər. Çelikel yeni transferlər barədə reallaşdıqca məlumat veriləcəyini əlavə edib.

"Başqa futbolçularımızdan da gedənlər ola bilər və əlbəttə, gedənlərin yerinə daha yaxşılarını gətirməyə çalışırıq. Yeni transferlərimiz reallaşdıqca məlumat veriləcək", - deyə klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, hələlik "Qarabağ"ı Yassin Benzia, Marko Veşoviç, Patrik Andrade və İsmayıl İbrahimli tərk edib.

Seçilən
1
2
teleqraf.com

3Mənbələr