ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumlarından sonra ilk açıqlamasını verib.
Publika.az xəbər verir ki, “Fox News”-a danışan Tramp İranla nüvə müzakirə prosesini davam etdirməyə ümid etdiklərini bildirib.
O, lazım gələrsə İsraili müdafiə edəcəklərini bəyan edib: "İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Görəcəyik. Rəhbərlikdə bir neçə nəfər var ki, onlar (ölənlər) geri qayıtmayacaq. İsrailin İrana hücumları barədə əvvəlcədən məlumatım var idi".
Tramp hücum ilə bağlı Tehranın cavabını gözlədiyini qeyd edib.