AZ

Demokrat Senatoru nazirə sual verdiyinə görə, yerə sərib qandalladılar!


ABŞ-ın Demokrat senatoru Aleks Padillyanı cümə axşamı keçirdiyi mətbuat konfransında daxili təhlükəsizlik naziri Kristi Noemə sual verməyə cəhd edəndə təhlükəsizlik işçiləri onu döşəməyə sərib əlləri qandalladılar. Noem Los-Ancelesdə prezident Donald Trampın immiqrasiya tədbirlərinə qarşı etirazları müzakirə etdiyi mətbuat konfransında Padilla ona deyib: "Mən senator Aleks Padillayam.Mənim Katibə suallarım var".Əslən Kaliforniyadan olan Padilla deyib ki, təhlükəsizlik işçiləri onu yerə yıxıb, əllərini qandallayıblar. İnternetdə yayımlanan videoda üç agentin Padillanı yerə yıxaraq əllərini arxadan qandalladıqları əks olunub.
Noem Trampın mühacirlərə qarşı repressiyalarına qarşı etirazların davam etdiyi Los-Ancelesdə çıxış edib. Buna cavab olaraq Ağ Ev şəhərə Milli Qvardiya qoşunlarını və Dəniz Piyadalarını göndərərək, onların federal binaların təhlükəsizliyinə və qorunmasına kömək edəcəklərini, İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarını qoruyacaqlarını bildirib. Daxili İşlər Departamenti X sosial media saytında verdiyi açıqlamada Padillini "siyasi tamaşa" ilə məşğul olmaqda ittiham edib. "Cənab Padillaya dəfələrlə ayağa qalxmaq əmri verilib,lakin o, zabitlərin təkrar əmrlərinə tabe olmayıb. Beıə olduqda Məxfi Xidmət əməkdaşları onu təcavüzkar kimi qəbul ediblər və zabitlər ona qarşı lazımi şəkildə hərəkət ediblər", - deyən Noem daha sonra Padilla ilə görüşüb. Bir neçə Demokrat senator və bir Respublikaçı senator Padilla ilə belə rəftarı sərt şəkildə tənqid etdi. Respublikaçı senator Liza Murkovski Kapitoliyada jurnalistlərə deyib: "Senator Padilla uca boylu oğlandır,Nümayəndələr Palatasından kənarda ona belə münasibət göstərildiyini görmək yanlış və iyrəncdir". Senatda azlıqların lideri Çak Şumer də çıxışında hadisəni tənqid edib. "Mən indicə mədəmi bulandıran bir şey gördüm - ABŞ senatorunu döydülər" deyə Şumer bildirib.

Surxay Əliyev

Seçilən
24
baki-xeber.com

1Mənbələr