AZ

İsrail 200-dən çox qırıcı ilə İranda 100-dən çox hədəfə zərbə endirib...- KƏŞFİYYAT

Kəşfiyyat agentliyinin dəqiq kəşfiyyat məlumatlarına əsasən, gecə ərzində 200-dən çox İsrail qırıcı təyyarəsi İran hərbi rəhbərliyinin yüksək rütbəli üzvlərinin gizləndiyi yerlər də daxil olmaqla, İran boyu 100-dən çox hədəfə 300-ə yaxın raket və mərmi ilə zərbə endirib.
 
Moderator.az yəhudi mediasına istinadla verdiyi xəbərdə hücumlar nəticəsində İran rejiminin ən yüksək rütbəli hərbi komandirlərindən üçünün məhv edildiyi vurğulanır.
 
İran rejiminin silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmmədhüseyn Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami və “Xatəmül-Ənbiya” (Fövqəladə Əməliyyatlar Qərargahı) komandiri Hatəm Qulam-Əli Rəşid.
 
S.Laçın
Seçilən
21
moderator.az

1Mənbələr