Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında növbəti matçına çıxacaq.
İdman.biz xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma Bakıda Lüksemburq qarşılaşacaq.
2 oyundan sonra aktivində 3 xalı olan voleybolçularımız mövqelərini yaxşılaşdırmağa çalışacaqlar. 4 pillədə yer alan rəqibə 2 set verməyəcəyimiz halda onlara çatacağıq.
Gümüş Avropa Liqası
III tur
18:00. Lüksemburq - Azərbaycan
Hakimlər: Çevril Ebru Kaya (Türkiyə), Miroslav Yuraçek (Slovakiya)
Bakı, GİN-in Voleybol Mərkəzi
Qeyd edək ki, millimiz iyunun 15-də Macarıstanı sınağa çəkəcək.
İdman.biz