"Qarabağ" Futbol Akademiyasının 14 yaşlılardan ibarət komandası Azərbaycan çempionu olub.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi finalda "Ulduz" kollektivini məğlub edib - 1:0.

Bayıl stadionunda keçirilən həlledici görüşdə yeganə qolu İbrahim Rza vurub.

Beləliklə, "Qarabağ"ın U-14 komandası ardıcıl 3-cü dəfə ölkə çempionu tituluna yiyələnib.

Qalibə kubok və medallar verilib.