AZ

İsrailə qarşı cavab gecikməyəcək - Xamenei

BAKI,TurkicWorld

İsrailin Tehrana və digər şəhərlərə qarşı həyata keçirdiyi gecə hava hücumları rejimin öz taleyini "acı və ağrılı şəkildə möhürləməsi" ilə nəticələnib.

TurkicWorld xəbər verir ki, İranın Ali Lideri Ayətullah Seyyid Əli Xamenei cümə günü səhər xalqa müraciətində sionist rejimin bu cinayətinə görə ağır cavab gözləməli olduğunu bildirib.

"Sionist rejim pis və qanlı əli ilə əziz ölkəmizdə cinayət törətdi, yaşayış məntəqələrini hədəfə alaraq öz alçaq mahiyyətini bir daha göstərdi"- deyə Xamenei bildirib.

Ali Lider qeyd edib ki, hücum nəticəsində bir neçə komandan və alim şəhid edilib. Onun sözlərinə görə, onların həmkarları və davamçıları dərhal işlərini davam etdirəcəklər.

Xatırladaq ki, İsrail cümə gecəsi İranın paytaxtı Tehran da daxil olmaqla bir sıra şəhərlərinə hava zərbələri endirib.

Seçilən
47
turkic.world

1Mənbələr