AZ

İran hücumu: ABŞ və Britaniya qırıcıları havaya qalxdı

Xəbər verdiyimiz kimi, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

Axar.az xatırladır ki, İsrailin Kan telekanalı yaxın 2 saat ərzində İran İsrailə qarşı misli görünməmiş cavab zərbəsi endirəcəyini bildirib.

Bu məlumatdan sonra Teleqram kanallarında İran hücumlarının qarşısını almaq üçün bu tədbirlərin görüldüyü ilə bağlı məlumat yayılıb:

- İsrail təyyarələri İsraildən havalandı;

- ABŞ təyyarələri İraqdan havalandı;

- İngiltərə təyyarələri Kiprdən havalandı.

Seçilən
48
2
axar.az

3Mənbələr