“Milan”ın sabiq yarımmüdafiəçisi Cennaro Qattuzo İtaliya Futbol Federasiyasının rəhbəri ilə milli komandaya təyinatı məsələsini müzakirə edəcək.
Publika.az xəbər verir ki, Luçano Spallettinin gedişindən sonra Klaudio Ranyeri və ya Stefano Pioli millini çalışdırmaqdan imtina etdikdən sonra Qattuzo əsas namizədə çevrilib.
"Sky Sport Italiya"nın məlumatına görə, Qattuzo hazırda milli komandanın nümayəndə heyətinin rəhbəri olan Canluici Buffonla görüş keçirib. Görüş müsbət atmosferdə keçib.
İndi isə 47 yaşlı mütəxəssisi İtaliya Futbol Federasiyasının prezidenti Qabriyele Qravina ilə birbaşa danışıqlar gözləyir.