AZ

Azərbaycana gələn “Liverpul”un ulduzundan ötrü ürəkləri getdi

“Liverpul”un milli komandalara yollanan futbolçuları ilə bağlı sorğu keçirilib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai “qırmızılar”ın ən yaxşısı seçilib.

Onun Azərbaycan millisi ilə Bakıdakı qarşılaşmada sərgilədiyi oyun yüksək qiymətləndirilib. 24 yaşlı futbolçu “Liv Bona Dea Arena”dakı matçı əvəz edilmədən keçirib və komandasına qələbə gətirən qolu vurub – 2:1.

Mütəxəssislərin fikrincə, növbəti mövsüm Soboslai “Liverpul”da aparıcı rol oynayacaq. Belə ki, baş məşqçi Arne Slot komandanı onun ətrafında qurmağı planlaşdırır.

Soboslai özü isə sosial media hesabında millimiz üzərində qələbənin onlara əlavə motivasiya verəcəyini yazıb:

“Öyrənməli iki oyunumuz var idi. İkinci görüşdə qələbə qazanmaqla dünya çempionatının seçmə mərhələsinə yüksək əhval-ruhiyyədə köklənməyimiz çox yaxşı oldu”.

Macarıstan yığması DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya, İrlandiya və Ermənistanla F qrupunda mübarizə aparacaq.

Seçilən
12
sportinfo.az

1Mənbələr