Netanyahu X sosial media platformasında verdiyi açıqlamada İrana qarşı “uğurlu açılış hücumu” həyata keçirdiklərini iddia edib.
İndex.az xəbər verir ki, Netanyahu İranın yüksək səviyyəli komandirlərini, nüvə obyektlərini və elm adamlarını vurduqlarını bildirib.
Netanyahu bildirib ki, israillilər sığınacaqlarda vərdiş etdiklərindən daha uzun müddət qalıb qida ehtiyatı toplamalı ola bilərlər.
İsrail müxtəlif şəhərlərdə İran hədəflərinə hücumlar təşkil edib və nüvə obyektləri və hərbi məntəqələri hədəf aldığı iddia edilən bu hücumlarda bəzi yüksək səviyyəli İran komandirləri və alimlərinin həyatını itirdiyi qeyd edilib.