ABŞ dövlət katibi Marko Rubio İsrailin İrana hücumundan sonra yazılı açıqlama verib.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Rubio ölkəsinin hücumda iştirak etmədiyini bildirib.
"İsrail bu gecə İrana qarşı təktərəfli hərəkətə keçdi. Biz İrana qarşı hücumlarda iştirak etmirik və əsas prioritetimiz bölgədəki Amerika qüvvələrini qorumaqdır", - o söyləyib.
Rubio İsrailin hücumdan əvvəl ABŞ-ı məlumatlandırdığını və bu addımı öz qanuni müdafiəsi üçün atdıqlarını bildirib. O, ABŞ administrasiyasının prezident Donald Trampın göstərişi ilə bölgədəki qüvvələrini qorumaq üçün bütün lazımi addımları atdığını və regional tərəfdaşları ilə təmasda olduqlarını qeyd edib.