İranın nüvə proqramı üzrə çalışan altı yüksək səviyyəli alim İsrailin İranı bombalaması nəticəsində həyatını itirib. AzPost bildirir ki, bu barədə İran mətbuatı və yerli mənbələr məlumat yayıb.
İlkin məlumatlara əsasən Əbdülhəmid Mənuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mütəllibizadə, Məhəmmədmehdi Tehrançi və Firudin Abbasi İsrailin hücumları nəticəsində öldürülüb.
Məlumata görə, bu şəxslər İranın strateji nüvə proqramında xüsusi rol oynayan, uzun illər elmi tədqiqatlara rəhbərlik edən nüfuzlu mütəxəssislər olublar.
İran rəsmiləri hadisəni açıq şəkildə İsrailin terror aktı kimi qiymətləndirib və bildirib ki, bu hücumun əsas hədəfi ölkənin elmi potensialı və texnoloji inkişafıdır.