AZ

Təbriz xalçası: Erməni oğurluğu, İran təssübkeşliyi

1917-ci ildə ABŞ-də Karpet Mageryan adlı erməni mühacir xalça satışı mağazası açır və bu Qərbdə ermənilərin ilk bu sahədə biznes mərkəzi olur. Şərq xalçalarının satışı, bərpası və istehsalı ilə məşğul olan Karpet o qədər varlanır ki, Mediada sifarişli yazılar və kitablar dərc etməyə başlayır. Dünya elmi ictimaiyyətini aldatmaq məqsədilə kitablarda ingilis dilində Carpet-xalça sözünü erməni taciri Karapetin adı ilə bağlamağa başlayırlar.
Azərbaycana gələn Karpetin qohumları Qarabağdan və Qərbi Azərbaycandan xalçaları alıb Amerikada satışını “erməni istehsalı” adı ilə satışını edirlər. Onlar xüsusilə Malıbəyli kəndinə gəlib burada xalça hazırlamaq sənətini yerli Azərbaycanlılardan öyrənməyə başlayırlar.
Amma o, Malıbəylidə yaşayan türk qadını kimi xalça toxuya bilməzdi. Onun rəngi də, ilməsi də ermənisayaq idi. Üstünə də bir erməni hərfi yazırdı ki, bu da erməni yaşayan kənddə toxunub. Azərbaycanın müxtəlif bölgələrində yaşayan ermənilər xalça sənətini azərbaycanlılardan öyrəniblər. “Erməni xalça naxışları” adı altında tanıdılan nümunələrin tamamilə etnik türklərə məxsus olmasını ciddi alimlər də təsdiq edirlər.
Hazırda ermənilər Qarabağ, Qazax və Şirvan bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuş "Çələbi", "Xətai", "Qasımuşağı", "Malıbəyli", "Bəhmənli", "Borçalı" və digər xalçalarını öz adlarına çıxaraq muzeylərdə sərgiləyirlər.
Azərbaycan xalçaları arasında Təbriz məktəbinə məxsus olanlar kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə yanaşı, bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir. Bu qrupa Təbriz, Görevən, Heris, Baxşayış, Ləçəkturunc, Əfşan, Ağaclı, Qərəcə, Ovçuluq, Dördfəsil – kimi ərazilərdə toxunan xalçalar aid edilir.
Hazırda İranın İsfahan şəhərində, Yeni Culfa adlana ərazidə yerləşən erməni kafedralı Təbrizdə toxunan və dünyada ilk “3 D effektli” xalça adına layiq görülən xalça saxlanılır və erməni “əl işi” kimi təqdim edilir. Qeyd edim ki, 1890-cı ildə toxunan bu xalça matrialı yun, ipək, pambıqdan ibarətdir. 3D effektini təmin edən mürəkkəb naxışlar və rəng birləşmələrindən istifadə edərək unikal dizayna malikdir. Təbriz ustalarının hazırladığı bu xalça simmetrik düyünlə toxunur ki, bu da yüksək keyfiyyətli materiallardan istifadə etməklə xalçalara fenomenal gözəllik verir.
Erməni kilsəsində bunu “Fars” xalçası kimi qeyd ediblər, İran hakimiyyətinin gözünə girmək üçün. Amma beynəlxalq aləmdə “Erməni” xalçası kimi təqdim edirlər.
Zaur Əliyev, tarixçi alim
Seçilən
0
news365.az

1Mənbələr