İsrailin İrana hücum etməsindən sonra neft qiymətləri sürətlə yüksəlib.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, Brent markalı xam neftin bir barreli 7,40% artaraq 74,49 dollara çatıb. Eyni vaxtda, Qərbi Texas Orta neftinin qiyməti isə 7,86% qalxaraq 73,39 dollar olub.
Qeyd edək ki, İsrail Müdafiə naziri Yisrael Katz ölkəsinin İrana hücum etdiyini açıqlayıb və ölkə daxilində fövqəladə vəziyyət elan olunub.
Təl-Əvivin açıqlamasına görə, hücumlar İranın hərbi obyektləri və nüvə proqramına qarşı yönəlib.
Tehranda güclü partlayış səslərinin eşidildiyi bildirilir.