Bu gecə saat 1 radələrində əsən güclü şimal küləyi Xaçmaz rayonunu işıqsız qoyub. Hava dəyişən, azca külək əsən, yağış yağan kimi bu rayonda işıqların sönməsi adətə çevrilib.
Gecə saatlarından Xaçmazın İstisu-Nabran, Qusarçay-Dədəlivə digər istiqamətində yerləşən 50-dən artıq kənddə işıqlar sönüb.
Bizim.Media Xudat elektrik şəbəkəsindən əldə etdigi məlumata görə güclü külək nəticəsində bəzi ərazilərdə ağaclar elektrik xəttlərinin üstünə aşıb.
Külək İstisu qəsəbəsində sakinləri elektrik enerjisi ilə yanaşı, həm də qazsız qoyub. Küləyin aşırdığı ağac həm qaz, həm də işıq xəttini zədələyib.
Xaçmaz İh-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda rayonun yarısında təxminən 50-dən çox kənddə uşıq olmadığı bildirilib.
Hazırda rayonun elektrik şəbəkələri fəsadların aradan qaldırılması istiqamətində iş aparır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta