İranda öldürülən yüksəkrütbəli generalların yerinə təyinat aparılıb.
News24.az İSNA-ya istinadən xəbər verir ki, Əmir Həbibullah Səyyari İran Silahlı Qüvvələrinin müvəqqəti Baş Qərargah rəisi təyin edilib.
Bununla bağlı, İranın ali rəhbəri Əli Xameneyi göstəriş verib.
Qeyd edək ki, İran SQ-nin keçmiş Baş Qərargah rəisi, general Məhəmməd Baqiri isə bu gün İsrailin hücumlarında öldürülüb.
Günel Məlikzadə