AZ

İran İsrailə 100 dron buraxdı

İran İsrail istiqamətində irimiqyaslı pilotsuz təyyarə zərbəsi endirib.100-ə yaxın pilotsuz uçan aparat atılıb.

Milli.Az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi açıqlayıb.

KİV-in məlumatına görə, 100-ə yaxın pilotsuz uçan aparat atılıb. Dronların İrandan İsrailə getməsi təxminən 7 saat çəkir. Balistik raketlər üçün səyahət təxminən 12 dəqiqə, qanadlı raketlər üçün isə təxminən iki saat çəkir.

İsrail mənbələri hesab edir ki, İranın cavabı çoxmərhələli olacaq və birinci mərhələdə İsrail ərazisinə yüzlərlə ballistik raketdən ibarət kütləvi atəşin daxil olacağı gözlənilir.

Milli.Az

Seçilən
4
milli.az

1Mənbələr