Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Buşehrdəki atomelektrik stansiyasının İsrailin hava hücumlarına məruz qalmadığınıtəsdiqləyib.
Trend xəbər verirki, bu barədə agentlikdən bildirilib.
"İran hakimiyyəti BAEA-ya məlumat verib ki, Buşehr AES-ə hücumolmayıb, Natanz obyektində isə radiasiya səviyyəsində artım qeydəalınmayıb", – deyə Agentliyin baş direktoru Rafael Qrossibildirib.
Bundan əvvəl, Beynəlxalq Atom Enerji Agentliyi, Natanzdakı nüvəobyektinin İsrailin hücumlarının hədəflərindən biri olduğunubildirmişdi.
"Agentlik İranda son dərəcə narahatedici vəziyyəti diqqətləizləyir", – deyə Qrossi vurğulayıb.