AZ

Azərbaycan neftinin qiymətində apreldən bəri bir ilk

Azərbaycan neftinin qiyməti apreldən bəri ilk dəfə 73 dolları ötüb.

Bizim.Media xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib. 

Yerli neftin qiyməti aprel ayından bəri ilk dəfə 73 dolları ötüb. Bahalaşmaya əsas səbəb kimi İsrailin İrana hücum etməsi göstərilir.
 

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.


Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.

Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr