Bakı. Trend:
Hüquqların dövlət qeydiyyatının aparılması və dövlətqeydiyyatından imtina qaydalarına əlavələr edilir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasıüçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədlitəyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğungəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 işgünü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmaaparılacaq.
Araşdırmanın nəticəsinə əsasən, təqdim edilən sənədlərdəgöstərilən məlumatların doğruluğu təsdiq edildikdə əmlak üzərindəhüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrındamüvafiq düzəlişlər ediləcək.
Yuxarıda nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdəgöstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə hüquqlarındövlət qeydiyyatına alınmasından imtina edilə biləcək.
Bildirilib ki, qanun layihəsi Konstitusiya Məhkəməsinin“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-cimaddəsinin şərh edilməsinə dair” 28 mart 2017-ci il tarixliqərarından və eyniadlı 10 dekabr 2024-cü il tarixli qərardadındanirəli gələrək hazırlanıb.
Adıçəkilən hər iki sənəddə göstərilir ki, torpaq sahəsi üzərindəhüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilənsənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icrahakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğungəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatındanimtina edilə bilər.
Eyni zamanda, bu mövqe əsas götürülməklə daşınmaz əmlakın dövlətqeydiyyatından imtinana edilməsinin qanunvericilik qaydasındatənzimlənməsi tövsiyə edilib.
Qərarda, həmçinin, qeyd edilib ki, Konstitusiyanın 25-cimaddəsinin, habelə “İnzibati icraat haqqında” Qanunun 12-cimaddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindənmüxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlərüzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir.
Vurğulanıb ki, praktikada hüquqların dövlət qeydiyyatınaalınması üçün təqdim edilən sənədlərdə göstərilən torpağınkateqoriyası (məqsədli təyinatı) ilə dövlət torpaq kadastrındasaxlanılan məlumatlar (müvafiq icra hakimiyyəti orqanı tərəfindənmüəyyən olunmuş kateqoriya) arasında uyğunsuzluq hallarına rastgəlinir.
Bu məsələ ilə bağlı qanunvericilikdə dəqiq tənzimləməolmadığından qeydiyyat orqanlarının hüquqların qeydiyyatındanimtina barədə qərarlarından məhkəmələrə müraciət edilirdi. Bu isəçoxsaylı məhkəmə mübahisələrinin yaranmasına və eyni zamanda fərqliməhkəmə qərarlarının qəbuluna səbəb olurdu.
Məsələnin aktuallığını nəzərə alaraq və vahid məhkəmətəcrübəsinin formalaşdırılması məqsədilə Konstitusiya Məhkəməsiyuxarıda qeyd olunan hüquqi mövqeləri müəyyən etsə də, bu sahədəyaranan məsələlərin qanunvericilik qaydasında tənzimlənməsinəzərurət yaranıb.
Qanun layihəsi aşağıdakıları nəzərdə tutur:
- qeydiyyat üçün təqdim olunan sənəddəki torpağın kateqoriyası(məqsədli təyinatı) ilə kadastr məlumatı arasında uyğunsuzluq aşkaredildikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 işgünü müddətində yerquruluşu sənədlərinin təhlili yolu iləaraşdırmanın aparılması. Bu cür araşdırmanın aparılmasınınqanunvericilikdə təsbit olunmaması səbəbindən məsələ tamaraşdırılmır, bəzən qeyri-müəyyən qalırdı. Eyni zamanda beləaraşdırmanın aparılması qeydiyyat orqanının mülahizəsindən asılıolurdu.
Aparılan araşdırmanın nəticəsinə əsasən aşağıdakı tədbirlərgörüləcək:
- təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğutəsdiq edildikdə əmlak üzərində hüquqlar dövlət qeydiyyatınaalınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlərediləcək;
- təqdim edilən sənədlərdə göstərilən məlumatların yanlış olduğutəsdiq edildikdə isə hüquqların dövlət qeydiyyatına alınmasındanimtina edilə biləcək.
Beləliklə, qanun layihəsi qeydiyyat üçün təqdim olunan sənəddəkitorpağın kateqoriyası (məqsədli təyinatı) ilə kadastr məlumatıarasında uyğunsuzluq aşkar edildikdə müvafiq araşdırmanınaparılmasının, araşdırma nəticəsində uyğunsuzluq təsdiq edildikdəisə torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina ediləbilməsinin hüquqi əsaslarını təsbit edir.