
ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumlarından sonra verdiyi ilk açıqlamada nüvə müzakirələri üçün qapını açıq qoysa da, “Lazım gələrsə, İsraili müdafiə edəcəyik” deyərək Tehrana açıq mesaj verdi.
ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumlarından sonra Fox News telekanalına verdiyi açıqlamada, lazım gəldikdə ABŞ-ın İsraili müdafiə edəcəyini bildirib:
"İranın nüvə bombası ola bilməz və ümid edirəm ki, danışıqlar masasına qayıdacağıq. Baxacağıq. İranda rəhbərlikdə bir neçə adam var ki, onlar geri qayıda bilmir".
Fox News-un aparıcısı Bret Baierlə telefonla danışan Tramp İranın İsrailə mümkün cavabını gözlədiklərini ifadə edərək, "İsraili tək qoymayacağıq. Lazım gələrsə müdafiə edəcəyik" dedi.
Tramp ABŞ-ın İrana qarşı diplomatik variantları tamamilə istisna etmədiyini vurğulayaraq, İsrailin təhlükəsizliyini də prioritet olaraq gördüklərini bildirib.
Açıqlamaları ilə həm İsrailə dəstək mesajı verən, həm də diplomatiya qapısını açıq qoyan Tramp bölgədəki gərginliyin nüvə müzakirələrində necə əks olunacağı ilə bağlı sualları da gündəmə gətirib.