AZ

İsrail İrana zərbələr endirdikdən sonra fövqəladə vəziyyət elan etdi


İsrail mümkün raket hücumlarına görə toplantıları vətəlimləri qadağan edib. Times of Israel xəbər verir ki, hakimiyyət təhlükə barədə xəbərdarlıq edibvə insanları təlimatlara əməl etməyə çağırır. İrana endirilən zərbələr fonunda İsrail Müdafiə Qüvvələrinin Daxili Cəbhə Komandanlığı əhali üçün ciddi təhlükəsizlik tədbirləri tətbiq edir. Məsələn, ölkədə bütün maarifləndirici tədbirlər, ictimai toplantılar və əksər müəssisələrin fəaliyyəti müvəqqəti olaraq qadağan edilib.
Yalnız kritik infrastruktur qurumlarının işi istisna təşkil edir. Daxili Cəbhə Komandanlığının sözçüsü Zvika Tesler yaxın saatlarda ölkənin "şərqdən əhəmiyyətli hücuma" məruz qala biləcəyi barədə xəbərdarlıq edib. O, Kanal 12-ninxəbərlərində deyib ki, bunlar ölkənin istənilən nöqtəsinə çatmağa qadir olan “ağır raketlər” ola bilər.

Surxay Əliyev

Seçilən
17
baki-xeber.com

1Mənbələr