AZ

İlkin ödəniş 30%, kredit məbləği 100 000 manat: Güzəştli ipoteka şərtləri təqdim olunur

“Azər-Türk Bank” ASC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə güzəştli ipoteka kreditləri təklif edir.

Finss.az xəbər verir ki, kreditin maksimal məbləği 100 000 manat, müddəti 30 il, illik faiz dərəcəsi isə cəmi 4% təşkil edir. İlkin ödəniş 30% olmaqla, kredit yalnız Azərbaycan manatı ilə rəsmiləşdirilir.

Güzəştli ipoteka kreditləri aşağıdakı şəxslərə təqdim olunur: şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi və Milli Qəhrəmanlar və onların ailə üzvləri, məcburi köçkünlər, dövlət qulluqçuları, müəllimlər, elmi işçilər, jurnalistlər, hərbçilər və idman sahəsində xüsusi xidmətləri olan şəxslər.

Qeyd olunur ki, güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə etmək hüququ verilir. Rəsmi müraciət bankın filiallarında həyata keçirilir, müraciət üçün şəxsin ad, soyad və telefon nömrəsi təqdim olunmalıdır.

Ətraflı məlumat üçün: //atb.az/guzestli-ipoteka/

Fuad Mədətov
Finss.az

Seçilən
56
fins.az

1Mənbələr