"İnter" yarımmüdafiəçi Hakan Çalhanoğlu üçün heç bir təklif almayıb.
Operativ Media xəbər verir ki, bu barədə Jurnalist Canluka Di Marzio məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Qalatasaray”dan da heç bir müraciət olmayıb. Daha əvvəl Türkiyə mətbuatı İstanbul klubunun 31 yaşlı futbolçu ilə maraqlanması ilə bağlı xəbərlər yayıb.
Çalhanoğlu 2024/25 mövsümündə "İnter"in heyətində bütün yarışlarda 47 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Milan klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.