İsrailin İrana zərbələr endirməsi nəticəsində 6 iranlı nüvə alimi həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumata görə, hücumlarda İran İslam Respublikasının nüvə alimləri Əbdülhəmid Minuçöhr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fəqhi, Mötləbizadə, Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi öldürülüb.