
İsrail ordusu səhər tezdən İrana zərbələr endirib. Hücum nəticəsində İnqilab Keşikçiləri Korpusunun komandanı Hueyin Salami və İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri həlak olub. Hücum zamanı İsrail kritik obyektləri hədəfə aldığı halda, İran Milli Neft Emalı və Neft Məhsulları Dağıtım Şirkəti neft obyektlərinə ziyan dəymədiyini açıqlayıb.
Günlərdir danışılan hücum planı səhər saatlarında reallaşıb. İsrailin baş naziri Benyamin Netanyahu hücumun "İranın nüvə zənginləşdirmə proqramının ürəyinə zərbə vurduğunu" və "davam edəcəyini" deyib. Hücumlarda Baş Qərargah rəisi Məhəmməd Baqiri və İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami həlak olub.
Neft obyektlərinə ziyan dəyməyib
Digər tərəfdən, hücum zamanı neft obyektlərinin vəziyyəti maraq doğururdu. İran dövlət televiziyası İsrailin hücumları nəticəsində ölkənin neft emalı zavodlarına və neft anbarlarına ziyan dəymədiyini bildirib.
Bildirilib ki, neft obyektlərinin fəaliyyəti və ölkə üzrə yanacağın paylanması fasiləsiz davam etdirilib.
İsrail bu gün səhər saatlarında İranın müxtəlif şəhərlərinə hücumlar təşkil edib və nüvə obyektləri və hərbi məntəqələri hədəf aldığı iddia edilən bu hücumlarda bəzi yüksək rütbəli iranlı komandir və alimlərin həyatını itirdiyi bildirilib.