Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) sədr müavini Dr. Ümit Naci Yorulmaz Azərbaycana işgüzar səfəri çərçivəsində Samuxrayonunda TİKA tərəfindən həyata keçirilən layihələrlə tanış olub.
TİKA Samux rayonunda Qarabağ müharibəsi şəhid və qazi ailələrinin yaşadığı Seyidlər qəsəbəsində 3-6 yaşlı uşaqların təhsil aldığı uşaq bağçasının həyətində uşaq parkı qurub.
Uşaq parkını Türkiyənin Gəncə Baş Konsolu Rəcəb Öztop, Samux Valisi Firdovsi Əliyev, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik ilə birlikdə ziyarət edən TİKA sədr müavini Dr. Ümit Naci Yorulmaz uşaq bağçasının işçiləri, uşaqlar və ailələri ilə görüşüb.
Uşaq bağçası rəhbərləri və ailələr uşaqlar üçün böyük bir ehtiyacı qarşılayan uşaq parkına görə TİKA-ya və Türkiyəyə təşəkkür ediblər.
TİKA sədr müavini Yorulmaz TİKA-nın hər zaman azərbaycanlı şəhid ailələri və qazilərinin yanında olduğunu bildirib. Yorulmaz deyib: “Vətənləri uğrunda canlarını fəda edən əziz şəhidlərimiz və qazilərimiz üçün nə etsək az olar. Lakin bu gün bu parkda oynayan uşaqların sevinci, gözlərindəki işıq bizə gözəl bir layihə həyata keçirdiyimizi göstərir.”
Parkda istədiyi qədər oynayan uşaqlar üçün animasiya şouları, üz boyama və sosis balon şousu kimi tədbirlər təşkil edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta