İran ərazisinə endirilən zərbələrdə İsrail 200 təyyarədən istifadə edib.
News24.az xəbər verir ki, bu barədə "Times of Israel" qəzetinə İsrail Müdafiə Ordusunun nümayəndəsi, briqada generalı Effi Defrin bildirib.
Məlumata görə, təyyarələrdən 330-dan çox bomba atılıb.
İsrailin müdafiə naziri İsrael Katz isə yaxın vaxtlarda İsrailin dinc əhalisinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumların gözlənildiyini bildirib.
"Axios" nəşrinin məlumatına görə, bu hücumların 13 iyun tarixində İsrailin İrana qarşı həyata keçirdiyi qabaqlayıcı hücumdan sonra baş verəcəyi proqnozlaşdırılır.
Teymur Məmmədov