AZ

İran İsrailə cavab verdi! 100-dən çox dronu idarə edib

İsrail ordusu açıqlamasında bildirib ki, İran son bir neçə saat ərzində İsrailə qarşı 100-dən çox pilotsuz uçan aparat istiqamətləndirib.

İsrail ordusunun sözçüsü Aviçay Adraee X sosial media platformasında verdiyi paylaşımda son bir neçə saat ərzində İHA-ların İsrail istiqamətində hərəkət etdiyini bildirib: "İran rejimi son saatlarda İsrailə doğru 100-dən çox PUA buraxıb, bütün hava hücumundan müdafiə sistemləri onlara qarşı mübarizə aparır", - Adraee bildirib.

İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan Sepahnews, İrandan İsrailə kamikadze PUA-ların göndərildiyini açıqlayıb.

İrana qarşı 200-dən çox döyüş təyyarəsi istifadə olunub

Digər tərəfdən, İsrail ordusunun X hesabından edilən paylaşımda İran Baş Qərargah rəisi Məhəmməd Baqeri və İnqilab Keşikçiləri Komandiri Hüseyn Səlaminin öldürüldüyü təsdiqlənib. Bəyanatda İrana qarşı hücumlarda 200-dən çox döyüş təyyarəsinin istifadə edildiyinə dair məlumatlar yer alıb.

İsrail mediası təhlükəsizlik mənbələrinə istinadən İranın tezliklə raketlərlə cavab verə biləcəyini proqnozlaşdırmışdı. Hadisələrin inkişafı iki ölkə arasında gərginliyin daha da arta biləcəyini göstərir.

Seçilən
27
kommersant.az

1Mənbələr