İsrailin hücumu nəticəsində öldürülən İranın yüksəkvəzifəli hərbçi və nüvə alimlərinin siyahısı yayılıb.
Ölkə.Az həmin adları təqdim edir:
- Baş Qərargah rəisi Məhəmməd Baqiri
- SEPAH komandiri Hüseyn Salami
- SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə
- İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi
- İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid
- Nüvə fizikası - İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci
- İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani.
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Zərbə nəticəsində 6 nüvə aliminin həlak olduğu qeyd edilir:
Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasi.
Bundan başqa, İranın İsrailə hücum üçün göndərdiyi 100-dən çox PUA-nın təxminən 7-9 saat ərzində İsrailə çatacağı bildirilir.
İrandakı 100-dən çox hədəf artıq vurulub
İsrail Müdafiə Qüvvələri İrana qarşı davam edən əməliyyatda 200 döyüş təyyarəsinin iştirak etdiyini bildirib.
"İrandakı 100-dən çox hədəf artıq vurulub", - İsrail ordusunun sözçüsü briqada generalı Efi Defrin brifinq zamanı deyib.
Onun sözlərinə görə, əməliyyatda 330-dan çox müxtəlif növ sursatdan istifadə edilib. O, zərbələrin "dəqiq və əlaqələndirilmiş əməliyyatın" bir hissəsi olduğunu və İsrail pilotlarının ölkənin müxtəlif bölgələrində həm hərbi hədəflərə, həm də İranın nüvə proqramı ilə bağlı hədəflərə hücumlarını davam etdirdiyini vurğulayıb.
Ölkə.Az