AZ

“Bavariya”dan Leroy Sane ilə bağlı vacib açıqlama

style='margin-bottom:10px;'>

“Bavariya” rəsmi saytında “Qalatasaray”la müqavilə bağlayan futbolçusu Leroy Saneyə dair açıqlama yayıb.

QOL.az-ın xəbərinə görə, açıqlamada bildirilir ki, Sane 30 iyundan, müqaviləsinin müddəti başa çatdıqdan sonra “Qalatasaray”a qoşulacaq. Bu səbəbdən 29 yaşlı vinger Münhen klubunun heyətində 14 iyunda başlayacaq klublararası dünya çempionatında iştirak edəcək.

“Bavariya”nın idman direktoru Maks Eberlin adından yayılan açıqlamada həmçinin bildirilib: “Futbolçunun başqa təklifi varsa və o, bunu qəbul edirsə, bu tamamilə normaldır. Bu, qanunidir və heç bir inciklik yoxdur. Eyni zamanda ümumi qərara əsasən təsdiqlənib ki, Sane klublararası dünya çempionatının qrup mərhələsində və potensial olaraq turnirin 1/8 final mərhələsində komanda ilə birlikdə olacaq”.

Xatırladaq ki, klublararası dünya çempionatı 14 iyun - 13 iyul tarixlərində 32 komandanın iştirakı ilə ABŞ-da keçiriləcək.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr