AZ

Sumqayıt bələdiyyəsinin sədri qəbul keçirib

Bu gün Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov vətəndaşlarla növbəti açıq formatlı qəbul keçirib.

Bu barədə APA-ya Sumqayıt şəhər Bələdiyyəsindən bildirilib.

Görüş zamanı şəhər sakinlərinin fərdi müraciətləri dinlənilib,sosial rifah, infrastruktur və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sakinlərin səsləndirdiyi hər təklif və narahatlıq Bələdiyyənin gələcək fəaliyyətində yol xəritəsi kimi dəyərləndirilir. Əsas məqsəd — insan yönümlü idarəçilik modelini gücləndirmək,qərarları birbaşa vətəndaşla birgə formalaşdırmaqdır.Açıq ünsiyyət,şəffaf yanaşma və real həll – Sumqayıt Bələdiyyəsinin əsas fəaliyyət prinsipidir.Bu cür birbaşa görüşlər davamlı xarakter daşıyacaq və vətəndaşların iştirakı ilə daha da genişlənəcək.

Sumqayıt Sumqayıt
Seçilən
23
apa.az

1Mənbələr