AZ

Xamenei: Qisasımız ağır olacaq

İranın ali dini lideri Əli Xamneyi İsrailin İrana hücumları ilə bağlı yazılı mesaj yayıb.

Turkustan.az xəbər verir ki, Xamenei mesajında ​​İsrailin yaşayış məntəqələrinə hücumu ilə öz "şər mahiyyətini" göstərdiyini bildirib və əlavə edib: "Bu rejim bilməlidir ki, onu ağır bir cəza gözləyir."

İran silahlı qüvvələrinin İsraili tək qoymayacağını bildirən Xamenei: "Düşmənin hücumlarında bir neçə komandir və elm adamı şəhid oldu. Onların yerinə gələnlər və həmkarları dərhal öz vəzifələrini yerinə yetirəcəklər" dedi.

Xamenei mesajında: ​​"Sionist rejim bu qətllə özünə ağrılı və əzablı bir aqibət hazırladı və mütləq bunun cəzasını alacaq" dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
1
turkustan.az

2Mənbələr