İranın “Mehr” və “İsna” xəbər agentliklərinin verdiyi məlumata görə, İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri İsrailin Tehrana hücumları nəticəsində həlak olub.
“The Times of Israel” də İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsünə istinadən Baqerinin ölümü ilə bağlı xəbər yayıb.
Bundan əvvəl İran mediası SEPAH komandiri Hüseyn Səlaminin, eləcə də iki nüvə alimi doktor Tehrançi və Fereydun Abbasinin öldüyünü xəbər vermişdi.
Baqirinin vəzifəsini müvəqqəti olaraq admiral Həbibullah Səyyari tutacaq. Səlamini isə SEPAH-ın Qüds Qüvvələrinin keçmiş rəhbəri Əhməd Vahidi əvəz edəcək.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail “Şir millət” əməliyyatına başlayıb. Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, əməliyyat “lazım olduğu qədər” davam edəcək. İsrail Müdafiə Nazirliyi deyir ki, İranın bir neçə gün ərzində bir neçə bomba istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş uranı var və bu “qabaqdan gələn təhlükəyə” qarşı tədbir görməlidir.
//Samir Qurbanov, Editor.az