AZ

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini yeni strateji müstəviyə yüksəltdi

Bakı. Trend:

İyun ayının 15-i respublikamızda Milli Qurtuluş Günü kimi qeydolunur. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan AliSovetinin Sədri seçildiyi bu tarix xalqımızın müstəqilliksalnaməsinə əlamətdar gün kimi həkk olunub. Həmin vaxtdan ötən 32illik zaman kəsiyi Azərbaycanda sarsılmaz müstəqilliyin və güclüdövlətçiliyin təmin olunduğu yüksəliş dövrüdür.

15 iyun başqa bir əlamətdar hadisə ilə də tarixlərə həkk olunub.Belə ki, 2021-ci ilin məhz bu günündə “Azərbaycan Respublikası iləTürkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqındaŞuşa Bəyannaməsi” imzalanıb. Azərbaycan Prezidenti cənab İlhamƏliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərindəimzaladıqları bu Bəyannamə iki qardaş dövlət arasındakımünasibətlərdə yeni səhifə açdı, siyasi-hərbi müttəfiqliyi yenimərhələyə yüksəltdi. Ona görə iyun ayının 15-i həm dəAzərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlandığı tarixkimi əlamətdardır.

Əvvəlcə onu qeyd etmək yerinə düşər ki, 2021-ci ilin iyun ayındaAzərbaycana səfər edən Türkiyə Prezidentinin rəsmi şəkildə məhzŞuşada qarşılanması 44 günlük Vətən müharibəsinin yaratdığı yenireallıqlar fonunda yaşanan ən mühüm siyasi hadisələrdən biri oldu.Bu səfər zamanı dövlət başçılarının görüşü və mətbuata bəyanatlarıVətən savaşı günlərində özünün ən yüksək zirvəsinə yüksələnAzərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını növbəti dəfədünyaya bəyan etdi. Həmin gün dövlət başçılarının Heydər ƏliyevFondunun təşkil etdiyi “Musiqi irsi və Qarabağ atları Cıdırdüzündə” adlı musiqili kompozisiyada iştirakı, “Xan qızı” bulağınagetmələri, Natəvanın, Bülbülün və Üzeyir bəy Hacıbəylininheykəllərini ziyarət etmələri, Azərbaycanın birinci xanımı MehribanƏliyevanın və Türkiyənin birinci xanımı Əminə Ərdoğanın görüşüAzərbaycan-Türkiyə qardaşlığının və dostluğunun təzahürünəçevrildi. Türkiyə Prezidentinin Şuşaya səfəri həm də Ermənistana vəonun havadarlarına verilən açıq mesaj oldu. Onlar bir daha gördülərki, Türkiyə dövləti bundan sonra da Azərbaycanın haqq işinə siyasivə mənəvi dəstəyini əsirgəməyəcəkdir.

Bu səfərin ən mühüm hadisəsi, eləcə də Ermənistandakırevanşistlərə və dünya ermənilərinə verilən əsas mesajı isə ŞuşaBəyannaməsinin imzalanması oldu. İmzalanma mərasimindən sonramətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bildirdi ki,müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimiziən yüksək zirvəyə qaldırır: “Əziz qardaşım Azərbaycanda dəfələrləolub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik.Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış birgəBəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksəkzirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqındaBəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyideyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və buBəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.

Azərbaycan-Türkiyə əlaqələrini yeni strateji müstəviyə,müttəfiqlik səviyyəsinə yüksəldən “Azərbaycan Respublikası iləTürkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqındaŞuşa Bəyannaməsi”ndə iki dövlət arasındakı münasibətlərlə bağlıçoxsaylı məqamlar yer alıb. Onların bəzilərinə nəzər yetirək.Məsələn, Bəyannamədə birgə milli mənafelər baxımından siyasi, hərbivə təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviqedilməsi xüsusi yer tutur. Bu kontekstdə ən vacib məsələlərdən biridə odur ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə,suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmışsərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncüdövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyitəqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və yatəcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsədvə prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMTNizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi,Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarınınəlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Məhz burazılaşma həm də Ermənistandakı revanşist qüvvələrə mühümismarışdır. Görünən odur ki, Şuşa Bəyannaməsi ilə Türkiyə açıqşəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlətsərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu iləölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinəçatdırır.

Şuşa Bəyannaməsinə əsasən Azərbaycanla Türkiyə həm də silahlıqüvvələrinin müasir tələblərə uyğun olaraq yenidənformalaşdırılması və modernləşdirilməsi, müdafiə qabiliyyətlərininvə hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərinhəyata keçirilməsi ilə bağlı məsələlərdə də birgə fəaliyyət həyatakeçirəcəklər. Regional və beynəlxalq sabitliyə və təhlükəsizliyəmənfi təsir edən təhdid və çağırışlara, terrorçuluğa, kütləviqırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa,narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuzmiqrasiyaya qarşı mübarizə sahəsində birgə əməkdaşlığıngenişləndirilməsi də sənəddə yer alan mühüm məsələlərdir.

Azərbaycanla Türkiyə dəniz, hava və kosmos sahələrindəqarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək, bu sahələrininkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinəyetirilməsini təşviq edəcəklər. O cümlədən iki qardaş dövlətticari-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracınşaxələndirilməsi, perspektiv sahələrdə birgə istehsalın qurulması,investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün dahaəlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səyləriniartırmağı da qarşıya məqsəd qoyublar.

Şuşa Bəyannaməsində Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər də yeralıb. Belə ki, tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildəistifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmişsəyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər.

Sənəddə toxunulan mühüm məsələlərdən biri də Zəngəzur dəhliziilə bağlıdır. Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizindavamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkəarasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinəmühüm töhfə verəcəyi Bəyannamədə öz əksini tapanməsələlərdəndir.

Ümumiyyətlə, Şuşa Bəyannaməsində əksini tapan razılaşmaların vəqarşıya qoyulan vəzifələrin hər biri Azərbaycan və Türkiyə üçünolduqca vacibdir. Ona görə də bu sənəd həm Azərbaycanın, həm dəTürkiyənin milli maraqlarını tam ehtiva edir.

Onu da qeyd edək ki, Şuşa Bəyannaməsinin imzalanması həm də Qarsmüqaviləsinin 100-cü ildönümünə təsadüf edərək Azərbaycan vəTürkiyə üçün rəmzi məna daşıdı. Ümumilikdə isə indiyədəkAzərbaycanla Türkiyə arasında münasibətlərin strateji səviyyəsinitəsbit edən müxtəlif sənədlər imzalanıb. Yeni mərhələdəAzərbaycan-Türkiyə münasibətlərinin yol xəritəsi olan ŞuşaBəyannaməsi isə bütün bu sənədlərin zirvəsidir və iki qardaşdövlətin həm siyasi, həm iqtisadi, həm də hərbi müttəfiqliyini yeniməzmunda təqdim edir. Bəyannamənin müddəaları göstərir ki, hazırkibeynəlxalq münasibətlər sistemində Azərbaycan-Türkiyəmünasibətlərinin bənzəri yoxdur.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Seçilən
3
2
az.trend.az

3Mənbələr