Oman İsrailin İrana hücumunu pisləyib, bu, genişmiqyaslı münaqişəyə səbəb ola bilər, həmçinin Vaşinqton və Tehran arasında nüvə dosyesi üzrə danışıqlara mane olur.
“Report”un məlumatına görə, bu barədə İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması üzrə danışıqlar prosesində vasitəçi kimi çıxış edən Omanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bu hücum son dərəcə həssas bir məqamda baş verdi, çünki İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında nüvə danışıqlarının bərpası üçün beynəlxalq səylər aktivləşmişdi. Bu, açıq şəkildə diplomatik prosesi pozmaq və regional və beynəlxalq sabitlik üçün dəhşətli nəticələrə səbəb olacaq daha geniş münaqişəyə təhrik etmək niyyətindən xəbər verir", - bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ və İran arasında Tehranın nüvə proqramı üzrə danışıqların 6-cı raundu iyunun 15-də Omanda keçirilməlidir.