Bakı. Trend:
ABŞ-nin İsraildəki səfirliyi bütün əməkdaşları və onların ailəüzvlərinə xəbərdarlıq ünvanlayıb.
Trend bu barədəİsrail KİV-ə istinadən xəbər verir.
Diplomatik missiya, təhlükəsizlik məqsədilə növbəti bildirişdaxil olana qədər onlara hazırda olduqları yeri tərk etməmək barədəgöstəriş verib.
Ötən gün səfirlik əməkdaşları və onların ailə üzvləriniTəl-Əviv, Qüds və Birşebanın hüdudlarından çıxmamağı tövsiyəetmişdi.