İsrail Ordusu İran ərazisində 100 hədəfə zərbələr endirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bundan əlavə, hücumun infoqrafik görüntüləri də paylaşılıb.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.
Bizim.Media