"ABŞ-İran nüvə danışıqlarının altıncı raundu İsrailin İslam Respublikası ərazisinə endirdiyi zərbələrdən sonra baş tutmayacaq".
Operativ Media xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Alaeddin Boroucerdi bildirib.
O, İran televiziyasında “Baş verənləri nəzərə alaraq altıncı turun olacağını düşünmürəm” deyib.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp daha əvvəl İsrailin zərbələrinə baxmayaraq İranın danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib .