Bank Respublika ASC-nin Kredit Həyat Sığortası məhsulu kredit götürənlərin maliyyə təhlükəsizliyini təmin edir.
Finss.az xəbər verir ki, bu sığorta kredit müddəti ərzində kreditgötürənin vəfatı və ya əlilliyi halında qalan borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edir. Sığorta könüllüdür və kreditin verilməsi ilə bağlı yekun qərara təsir etmir. Müştərilər kredit müraciəti zamanı müxtəlif sığorta şirkətlərindən təkliflər ala bilərlər.
Sığorta 18-70 yaş arası fiziki şəxslər üçün keçərlidir və kredit müddətini əhatə edir. Ödəniş şərtləri və məbləği kreditin məbləği, müddəti və yaşa görə dəyişir. Kredit müddətindən əvvəl bağlanarsa, istifadə olunmayan dövr üçün sığorta haqqı geri qaytarılır.
Sığorta ödənişi yalnız ölüm və ya əlillik hallarında həyata keçirilir. Sığortanın olmaması halında kredit borcu vərəsələrə keçəcək.
Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/loans-for-individuals/kredit-heyat-sigortasi_4130
Fuad Mədətov
Finss.az