İranlı siyasət və beynəlxalq münasibətlər üzrə ekspert Emad Abşanas “Sputnik”-ə açıqlamasında İsrailin İrana hücumunu dəyərləndirib.
Publika.az xəbər verir ki, Abşanas bu hücumda ABŞ və Avropanın da məsuliyyət daşıdığını bildirib.
“İran və ABŞ arasında danışıqlar qarışıq müvəffəqiyyətlə davam edərkən və bəziləri danışıqların altıncı raundunun konkret nəticələr verəcəyinə inanarkən, İsrail həmişə olduğu kimi hər kəsin qarşısına çıxmağı öz vəzifəsi hesab edib”, - ekspert söyləyib.
Abşanas İsrail əməliyyatının İranın bir sıra hərbi, siyasi və akademik xadimlərini hədəf aldığını bildirib. Qeyd edib ki, hücum zamanı çoxlu sayda iranlı mülki vətəndaş ölüb:
“İran sosial mediasına baxsanız, görə bilərsiniz ki, bütün iranlılar səbrin tükəndiyi və İranın çox sərt cavab verməsi ilə razılaşır. Bir çox iranlı hesab edir ki, əgər İran o vaxt oktyabr ayında İsrailə sarsıdıcı cavab versəydi, indi israillilər buna cəsarət etməzdilər. İranlılar artıq dərhal və sərt cavab tələb edirlər”.