AZ

İsrailin İrana hücumu davam edəcək

İsrailin İrana hərbi zərbələrinin bir neçə gün davam edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” İsrail ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, o cümlədən məşhur nüvə alimləri öldürülüb.

Seçilən
0
2
axar.az

3Mənbələr