AZ

İsrailin İrana zərbələri səbəbindən aviaşirkətlər kütləvi şəkildə reyslərin istiqamətlərini dəyişdirir

Beynəlxalq aviadaşıyıcılar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar kütləvi şəkildə reyslərin istiqamətini dəyişdirirlər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, “Flightradar24” platformasının məlumatları aviaşirkətlərin İsrail, İran, İraq və İordaniya üzərindəki hava məkanını tərk etdiyini göstərir.

İrandan Avropaya və Şimali Amerikaya uçuşlar həyata keçirən “Air India” aviaşirkəti Nyu-York, Vankuver, Çikaqo və London da daxil olmaqla bir neçə reysin istiqamətinin dəyişdirildiyini və ya yola düşmə məntəqələrinə qaytarıldığını bildirib. “Flydubai” Əmman, Beyrut, Dəməşq, İran və İsrailə uçuşları dayandırıb. “Qatar Airways” Dəməşqə iki reysi ləğv edib.

İraq mətbuatının məlumatına görə, bu gün səhər saatlarından ölkənin hava məkanı bağlanıb və hava limanlarında bütün hərəkət dayandırılıb.

Eyni zamanda, Təl-Əvivdəki Ben-Qurion hava limanı bağlanıb. İsrailin “EL AL” aviaşirkəti də bütün reysləri dayandırdığını elan edib.

“Safe Airspace” platforması operatorlara bölgədə son dərəcə ehtiyatlı olmağı tövsiyə edir.

Seçilən
11
report.az

1Mənbələr