BAKI, 13 iyun. TELEQRAF
“İsrailin hücumlarına əsasən İranın hərbi qulluqçuları, komandirlər, elm adamları və mülki insanlar məruz qalıb”.
Teleqraf xəbər verir ki, bunu İran ordusunun baş komandanı general-mayor Əbdülrəhim Musəvi deyib.
General İsraildən qisasın alınacağını bildirib.
“Ali baş komandan (Əli Xamenyi) tərəfindən Silahlı Qüvvələrə bu cinayəti törədənlərə ağır cəza vermək əmri verib və şəhidlərin qanı yerdə qalmayacaq”, - general bildirib.