AZ

Teymur Musayev: Bu gün xərçəng diaqnozu qaçılmaz son deyil

BAKI, 13 iyun. TELEQRAF

Onkoloji diaqnoz artıq ümidverici müalicə çağırışına çevrilib.

Teleqraf xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazirin sözlərinə görə, erkən diaqnostika, kompleks müalicə üsulları və dövlət dəstəyi nəticəsində Azərbaycanda onkoloji xəstəliklərə yanaşma dəyişib:

“Bu gün xərçəng diaqnozu artıq qaçılmaz son deyil, həyat keyfiyyətinin qorunması və bərpası məqsədilə mümkün və effektiv müalicənin başlanğıcı kimi qəbul edilir”.

Seçilən
31
teleqraf.com

1Mənbələr