AZ

Bu komandanı ölkəmizə ispaniyalı yeni məşqçi gətirəcək?

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibi Ukrayna yığmasının baş məşqçisi postuna əsas namizəd müəyyənləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın sükanı arxasına tezliklə əcnəbi mütəxəssis gətirilə bilər.

Belə ki, hazırda Ukraynanın U-21 millisinin baş məşqçisi olan Unay Melqosa tezliklə əsas kollektivə rəhbərlik edə bilər.

İspaniyalının başçılıq etdiyi komanda hazırda Slovakiyada Avropa çempionatının final mərhələsində mübarizə aparır. Gənclər yığmasının uğurlu nəticələri və baxımlı oyunu Ukrayna Futbol Assosiasiyasının da diqqətindən yayınmır.

Digər tərəfdən isə əsas millinin hazırkı çalışdırıcısı Sergey Rebrova inam xeyli azalıb. Yerli futbol ictimaiyyəti və azarkeşlər də assosiasiyadan Rebrovun istefaya göndərilməsini tələb edir.

Çünki onlar hazırkı baş məşqçinin rəhbərliyi altında komandanın DÇ-2026-nın seçmə mərhələsində uğurlu çıxış edəcəyinə inanmır.

U-21-lərin Avropa çempionatında pley-offa yüksəlməsi ehtimal olunur.

Komanda qitə birinciliyində bu ümidləri doğrultsa, Melqosa qısa müddətdə əsas yığmaya təyin olunacaq. O, 2023-cü ildə A millidə köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

Millimiz Ukrayna ilə sentyabrın 9-da evdə, oktyabrın 13-də səfərdə üz-üzə gələcək.

Seçilən
5
sportinfo.az

1Mənbələr