AZ

Təyyarədən sağ çıxan şəxs hadisəni danışdı

Hindistanda Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 242 nəfərdən yalnız biri 40 yaşlı Britaniya vətəndaşı Hindistan əsilli Rameş Visvaşkumar sağ qalıb.

Milli.Az xəbər verir ki, Rameş bildirib ki, qəza zamanı biznes sektorunun arxasında, 11A nömrəli pəncərə oturacağında əyləşib.

Təyyarə havaya qalxdıqdan 30 saniyə sonra güclü partlayış səsi eşidib və aparat sürətlə enməyə başlayıb.

"Ətrafımda cəsədlər var idi. Qorxdum, ayağa qalxdım və qaçdım", - deyə o bildirib.

Təyyarə tibb kollecinin yataqxanasına çırpılıb. Göyərtədəki 125 min litr yanacaq yanğının geniş yayılmasına səbəb olub.

Qeyd edək ki, hadisə nəticəsində 310 nəfərin həyatını itirdiyi açıqlanıb.

Asya
Milli.Az 

Seçilən
12
milli.az

1Mənbələr