BAKI, 13 iyun. TELEQRAF
2018-2025-ci illərdə Azərbaycanda 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub.
Teleqraf xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev 2025-ci ildə həyata keçirlən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə deyib.
O bildirib ki, bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 mlrd. manat təşkil edir.
Nazir müavini Ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan sosial islahat paketi çərçivəsində əməkhaqqı və pensiyalarda edilmiş artımları diqqətə çatdırıb.
O qeyd edib ki, yeni Fərmanla müavinət və təqaüdlərin də artırılması təmin edilir.